22 Fevral 2025
Dünya futbolu

“Barselona” 17 yaşlı futbolçu transfer edir

“Barselona” Portuqaliyanın “Sportinq” klubunun futbolçusu Covanni Kendanı transfer etmək istəyir.

İdmanxeber.az-ın məlumatına görə, Kataloniya klubu 17 yaşlı portuqaliyalı sağ cinah müdafiəçisinin xidmətlərində maraqlıdır. Artıq klub rəhbrəliyi futbolçunun agenti ilə əlaqə saxlayıb.

Qeyd edək ki, Covanni Kenda bu mövsüm “Sportinq”in heyətində 22 oyunda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43