16 Sentyabr 2024
Dünya futbolu

“Barselona” 250 milyonluq təklifi geri çevirdi

“Barselona” PSJ-nin vinger Lamin Yamal üçün 250 milyon avroluq təklifini rədd edib.

İdmanxeber.az-ın məlumatına görə, Kataloniya klubunun idman departamenti PSJ-dən gələn təklifi geri çevirib. Rəhbərlik gənc ulduzu satmaq niyyətində deyil.

Futbolçunun “Barselona” ilə müqaviləsi 2026-cı ilə qədərdir. Yamalın klubla müqaviləsində göstərilən təzminat məbləği 1 milyard avrodur.

Almaniyada keçirilən Avropa çempionatında 16 yaşlı Yamal İspaniya millisinin heyətində 1 qol vurub və 3 məhsuldar ötürmə verib, bir neçə rekorda imza atıb.

2023/24 mövsümündə oyunçu “Barselona”nın heyətində 50 matçda 7 qol vurub və 10 məhsuldar ötürmə verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43