”Barselona” Ronald Arauxonu satmaq istəməyib.
İdmanxeber.az-ın məlumatına görə, Katalon klubu yanvarda “Bavariya”nın Arauxo üçün etdiyi 80+10 milyon avroluq təklifi qəbul etməyib. Münhen klubu yayda uruqvaylı müdafiəçi yeni təklif verəcək.
Arauxo 2019-cu ildən “blauqrana”da çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 28 oyuna çıxıb və 1 qol vurub.