08 Sentyabr 2024
Dünyadan

“Barselona” aparıcı üzvünü transferə çıxardı

“Barselona” futbolçusu Ses Fabreqası transferə çıxarmağı fikirləşir.

İdmanxeber.com-un “Marca”-ya istinadən verdiyi xəbərə görə, İspaniya millisinin yarımmüdafiəçisinə 40 milyon avro transfer qiyməti qoylub. Fabreqasla İngiltərənin “Mançester Yunayted” klubu yaxından maraqlanır.

Bundan başqa Aleksiz Sançes, Xavier Maskerano və Daniel Alveş də gedəcək futbolçular sırasında göstərilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43