Çempionlar Liqasının son qalibi “Barselona” növbəti transferini reallaşdırıb.
İdmanxeber.com-un klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Kataloniya təmsilçisi “Sevilya”nın futbolçusu Aleks Vidalı transfer edib.
25 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, FİFA tərəfindən “Barselona”ya transfer qadağası qoyulduğu üçün Vidal yalnız 2016-cı ilin yanvar ayından etibarən yeni komandasında rəsmi debüt edə biləcək.