“Barselona”nın ulduz futbolçusu Leonel Messi uzun müddətlik zədədən sonra yaşıl meydanlara qayıdır.
2 aydır ki, komandasına kömək edə bilməyən argentinalı, qarşıdakı oyunda meydana çıxa bilər. Belə ki, baş məşqçi Xerardo Martinonun ölkə kubokunda “Hetafe” ilə matç üçün açıqladığı 18-likdə Messi də yer alıb.
Qeyd edək ki, Leo noyabrın 10-da “Betis”lə oyunda zədələnmişdi.