Bu gün Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində öz meydanında Madridin “Atletiko” klubu ilə qarşılaşacaq “Barselona” bu vacib matç öncəsi zədəli futbolçularından şad xəbər alıb.
İdmanxeber.com-un məlumatına görə, bir müddətdir ki, zədəli olan Aleks Sonq və Karles Puyol artıq məşqlərə başlayıb. Qrip virusuna yoluxan Pedro da artıq komandayla birgə məşq edir.