Bu gün Çempionlar Liqasında qrup mərhələsinin 5-ci turuna start veriləcək.
İlk oyun günündə E, F, G və H qrupunun qarşılaşmaları keçiriləcək.
E qrupunda “Barselona” doğma meydanda “Benfika”nı qəbul edəcək. Almaniyanın “Bayern” komandası isə Kiyev səfərində “Dinamo” ilə qarşılaşacaq.
Baş məşqçi postundan Ole-Qunnar Sulşeri göndərən “Mançester Yunayted” bu turda “Vilyarreal”ın qonağı olacaq.
Günün maraqla gözlənilən qarşılaşması Londonda keçiriləcək. Turnirin son qalibi “Çelsi” burada “Yuventus”un müqavimətini qırmağa çalışacaq.
Tua sabah keçiriləcək qarşılaşmalarla yekun vurulacaq.
Çempionlar Liqası, qrup mərhələsi, 5-ci tur
23 noyabr
E qrupu
21:45 Dinamo (Kiyev, Ukrayna) – Bayern (Almaniya)
00:00 Barselona (İspaniya) – Benfika (Portuqaliya)
F qrupu
21:45 Vilyarreal (İspaniya) – Mançester Yunayted (İngiltərə)
00:00 Yanq Boyz (İsveçrə) – Atalanta (İtaliya)
G qrupu
00:00 Sevilya (İspaniya) – Volfsburq (Almaniya)
00:00 Lill (Fransa) – Zalsburq (Avstriya)
H qrupu
00:00 Malmö (İsveç) – Zenit (Rusiya)
00:00 Çelsi (İngiltərə) – Yuventus (İtaliya)
24 noyabr
C qrupu
21:45 Beşiktaş (Türkiyə) – Ayaks (Niderland)
00:00 Sportinq (Portuqaliya) – Borussiya (Dortmund, Almaniya)
D qrupu
21:45 İnter (İtaliya) – Şaxtyor (Donetsk, Ukrayna)
00:00 Şerif (Moldova) – Real (İspaniya)
B qrupu
00:00 Liverpul (İngiltərə) – Portu (Portuqaliya)
00:00 Atletiko (İspaniya) – Milan (İtaliya)
A qrupu
00:00 Mançester Siti (İngiltərə) – PSJ (Fransa)
00:00 Brügge (Belçika) – Leyptsiq (Almaniya)
Bombardir: Robert Levandovski (“Bayern”, Almaniya) – 8 qol.