Dünya futbolu

“Barselona” braziliyalı ilə müqavilə uzadacaq

“Barselona” futbolçusu Rafinyanı komandada saxlamaq istəyir.

İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik oyunçunun çıxışından razıdı. Onunla müqavilə uzadılacaq. 28 yaşlı futbolçu ilə yeni sözləşmə barədə danışıqlar yaxın vaxtlarda başlayacaq.

Braziliyalı cari mövsüm 39 rəsmi matçda 24 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43