Yeni movsüm üçün hazırlıqlarını davam etdiren "Barselona" klubu daha bir transfer etməyə yaxındı.
İdmanxeber.com-un məlumatına görə, bu dəfə "katalonyalılar" "Fiorentina"nın yarımmüdafiəçisi Xuan Kuadrado üçün elçi düşüb. Futbolçu üçün 35 milyonluq təklif edən klub qarşı tərəfdən razılıq ala bilmir. Kuadrado "Barselona" da oynamaq istədiyini bildirsə də "Fiorentina" klubu daha yüksək məbləğ tələb edir.
"El Mundo Deportivo" yayıb.