01 Yanvar 2025
Dünya futbolu

“Barselona” bu futbolçudan qurtulmaq istəyir

“Barselona” rəhbərliyi Frenki de Yonqla bağlı qərar qəbul edib.

İdmanxeber.az-ın məlumatına görə, klub niderlandlı yarımmüdafiəçilə müqavilənin uzadılmasını istəmir. “Barselona”nın 2025-ci ilin yayında De Yonqu satmaq üçün əlindən gələni edəcəyi bildirilir.

Futbolçu eyni zamanda komandada ən çox maaş alan oyunçuduç Bu səbəbdən də rəhbərlik ondan qurtulmaq istəyir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43