Lionel Messinin köhnə zədəsi onu yenidən narahat etməyə başlayıb.
İdmanxeber.com-un məlumatına görə, “Barelona”nın ulduz futbolçusu ötən gün Almaniya ilə matçda da Argentinaya kömək edə bilməmişdi.
Kataloniya klubunun rəsmi saytında yer alan xəbərə görə, Messi xüsusi proqramla, komandadan ayrı hazırlıq keçəcək.
Onun hansı müddətə yaşıl meydanlara dönəcəyi bəlli deyil.