Bakıda futzal üzrə UEFA kubokunun “dördlər finalı”nda üçüncü yer uğrunda və final görüşləri keçirilib.
İdmanxeber.com-un məlumatına görə, ölkəmizi bu turnirdə təmsil edən “Araz Naxçıvan” üçüncü yer uğurunda Qazaxıstanın “Kayrat” klubu ilə üz-üzə gəlib. Gərgin keçən matçdan Naxçıvan klubu qalib ayrılıb – 6:4.
Final görüşündə isə “Barselona” və “Dinamo” (Moskva) klubları üz-üzə gəlib. 7 qolun vurulduğu qarşılaşmada Kataloniya klubu sevinən tərəf olub və beləliklə “Barsa” Bakıda keçirilən turnirin qalibi olub.
26 aprel
Final
21:30 “Dinamo” (Rusiya) – “Barselona” (İspaniya) – 2:5
Üçüncü yer uğrunda
19:00 “Araz” (Azərbaycan) – “Kayrat” (Qazaxıstan) – 6:4