İspaniya La Liqasının son turunda səfərdə “Selta”nı 0:3 hesabı ilə məğlub edən “Barselona”, bir futbolçusundan məhrum olub.
Komandanın braziliyalı üzvü Adriano sıradan çıxıb. Oyunçu qarşılaşmanın 31-ci dəqiqəsində zədələnərək Montoyaya yerini buraxıb. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı haqda hələlik məlumat verilməyib.