“Barselona” yarımmüdafiəçi Qavi ilə müqaviləni uzadacaq.
İdmanxeber.az xəbər verir ki, bu barədə jurnalist Fabrisio Romano məlumat yayıb. Tərəflər yeni müqavilənin imzalanması barədə razılığa gəliblər. Sözləşmə 2031-ci ilə qədər qüvvədə olacaq. Müqaviləyə 1 milyard avro təzminat daxil edilib.
Bu mövsüm Qavi “Barselona”nın heyətində bütün turnirlərdə 19 oyun keçirib, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.