25 Noyabr 2024
Dünya futbolu

“Barselona” futbolçusunu itirdi – FİFA təzminat ödəyəcək

“Barselona” Qavinin zədələnməsinə görə FİFA-dan kompensasiya alacaq.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu AVRO-2024 seçmə mərhələsi çərçivəsində İspaniya millisinin heyətində Gürcüstan komandasına qarşı oyunda zədələnib.

Bu səbəbdən FİFA Kataloniya təmsilçisinə 7,5 milyon avro ödəyəcək. “Barsa”ya ödəniləcək məbləğ dekabrın 16-dan etibarən hesablanacaq.

Bildirilib ki, ispaniyalı zədə səbəbindən 6-8 ay yaşıl meydanlardan kənarda qala bilər. O, 2024-cü ildə keçiriləcək Avropa Çempionatını və Olimpiadanı buraxa bilər.

Qavi bu mövsüm “Barselona”nın heyətində 15 oyun keçirib, 2 qol vurub və məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43