“Barselona” Frenki de Yonqla yollarını ayırmaq istəyir.
İdmanxeber.az-ın məlumatına görə, furbolçu “Mançester Yunayted”ə təklif olunub. Kataloniya klubu komandada ən çox maaş alan oyunçuyla vidalaşmağa müsbət yanaşır.
De Yonq “Ayaks”də bərabər çalışdırğı Erik ten Haqın rəhbərlik etdiyi komandaya qoşula bilər.
“Barselona” De Yonqa görə 40-45 milyon avro təzminat istəyir. Yarımmüdafiəçi həftədə təxminən 700 min avro qazanır.