“Barselona” klubu 18 yaşlı futbolçu Pau Prim ilə müqavilə uzadıb.
İdmanxeber.az-ın məlumatına görə, gənc oyunçu katalonların əsas komandasında oynamaq arzusunda olduğundan tərəflər üçün razılığa gəlmək çətin olmayıb.
Məşqçilər heyətinin oyunçudan gözləntiləri çox böyükdür. Onu qısa vaxtda əsas heyətə qazandırmaq istəyirlər.