29 Noyabr 2024
Dünya futbolu

“Barselona” hələ də Messiyə maaş ödəyir

“Barselona”nın prezidenti Xuan Laporta klubun hücumçusu Lionel Messiyə 2025-ci ilə qədər maaş verəcəyini açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, klub rəhbəri “Nou Kamp”da Messi üçün vida oyunu keçirmək istədiklərini də bildirib:

“Biz Leo ilə vidalaşacağıq. Ona 2025-ci ilə qədər maaş verməliyik, çünki o, əvvəlki rəhbəriyin dövründə bu maaşı təxirə salmışdı”.

Messi 2021-ci ilin avqustunda müqavilədəki problemlərə görə “Barselona”nı tərk etmək məcburiyyətində qalıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43