“Barselona”nın hücumçusu Vitor Roke karyerasını Portuqaliya çempionatında davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, kataloniyalılar artıq “Sportinq”lə danışıqlar aparır. Klub maliyyə feyr-play qaydaları səbəbindən oyunçunu satmaq niyyətindədir. Əks təqdirdə Dani Olmonu qeydiyyatdan keçirə bilməyəcək.
“Sportinq” də öz növbəsində futbolçu ilə müqavilə bağlamaqda maraqlı olduğunu bildirib.