12 Fevral 2025
Dünya futbolu

“Barselona” kanadalı hücumçu transfer edir

“Barselona” hücum xəttini “Lill”də çıxış edən kanadalı hücumçu Conatan Davidlə maraqlanırlar.

İdmanxeber.az-ın məlumatına görə, 25 yaşlı oyunçunun da İspaniyaya gəlməyə müsbət yanaşdığı bildirilir. 25 yaşlı futbolçunun transfer dəyəri 45 milyon avrodur. 

Hücumçunun klubu ilə müqaviləsi yaya qədərdi. O, 2020-ci ilin avqustundan Fransa klubunda çıxış edir.

David Fransa çempionatının cari mövsümündə 20 oyun keçirib, 12 qol vurub və 3 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43