“Yuventus”un hücumçusu Federiko Kyeza “Barselona” ilə anlaşıb.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu baş məşqçi Tiaqo Mottanın planlarına daxil olmadığı üçün heyətdən uzaqlaşdırılıb. “Roma” və “Napoli”nin də gündəmində olan oyunçu Kataloniya klubunda çıxış etməyə müsbət yanaşır.
“Barselona” hələlik “Yuventus”la danışıqları davam etdirir. Tərəflər razılığa gələ bilsə, Kyeza La Liqa təmsilçisiylə 3 illik müqavilə bağlayacaq.