16 Sentyabr 2024
Dünya futbolu

“Barselona” Levandovski ilə yolları ayıra bilər

“Barselona”nın hücumçusu Robert Levandovski klubunu dəyişə bilər.

İdmanxeber.az “El Chiringuito” telekanalına istinadən xəbər verir ki, kataloniyalılar 2024-cü ilin yayında polşalı futbolçunu satmağı düşünə bilər.

Əvvəlki transfer pəncərəsində Səudiyyə Ərəbistanı klubları Levandovski ilə maraqlanıb və 35 yaşlı futbolçunu izləməkdə davam edir.

Levandovskinin müqaviləsi 2026-cı il iyunun 30-na kimi nəzərdə tutulub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43