09 Sentyabr 2024
Dünya futbolu

“Barselona” “Leypsiq”in yarımmüdafiəçisi ilə anlaşdı

“Barselona” “Leypsiq”in yarımmüdafiəçisi Dani Olmo ilə müqavilə şərtlərini razılaşdırıb.

İdmanxeber.az-ın məlumatına görə, Kataloniya klubu 26 yaşlı ispaniyalı ilə 2030-cu ilə qədər razılığa gəlib. Hazırda klublar arasında danışıqlar davam edir. Bundan əlavə, “Barselona” “Leypsiq”ə yeni rəsmi təklif göndərib.

Klub 55 milyon avro və 7 milyona çata biləcək bonuslar ödəməyə hazırdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43