La Liqanın son qalibi Madrid “Atletiko”sunun müdafiəçisi Miranda yeni mövsümdən etibarən “Barselona”nın şərəfini qoruya bilər.
İdmanxeber.com-un məlumatına görə, braziliyalı futbolçu Kataloniya klubunun diqqət mərkəzindədi. Kataloniya mətbuatının yaydığı xəbərə görə, “Barsa” 29 yaşlı braziliyalı üçün 10 milyon avro və Kristian Telyo təklif edilr.
Qeyd edək ki, “Atletiko” Mirandanı 30 milyon avrodan aşağı satmağı fikirləşmir.