Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşləri
çərçivəsində İspaniyada baş tutacaq “Barselona” – “Mançester
Siti” matçının baş hakiminin adına aydınlıq gəlib.
İdmanxeber.com-un UEFA-nın rəsmi saytına istinadən verdiyi xəbərə
görə, martın 12-də keçiriləcək qarşılaşa fransalı Stefan Lannua həvalə olunub.
Bu fransız hakimin cari turnirdə dördüncü təyinatıdı.
Qeyd edək ki, komandalar arasındakı ilk matç katalonların qələbəsi
ilə yekunlaşmışdı – 2:0