27 Fevral 2025
Dünya futbolu

“Barselona” Messini geri qaytarmayacaq

“İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi “Barselona”ya qayıtmaq niyyətində deyil.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu Kataloniya klubuna qayıtmaq istəsə də, klubun rəhbəri Juan Laporta onu transfer etmək niyyətində deyil. 

37 yaşlı Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Bu mövsüm 3 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

Argentinalı 2004-2021-ci illərdə “Barselona”da çıxış edib. Bu müddət ərzində o, 778 oyun keçirib, 672 qol vurub və 303 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43