“Barselona” “Milan”ın hücumçusu Rafael Leaunu heyətinə qatmaq istəyir.
İdmanxeber.az-ın məlumatına görə, Kataloniya təmsilçisi 25 yaşlı hücumçu ilə danışıqlara başlayacaq. Rəhbərlik Leanu yayda transfer etmək niyyətindədi.
Futbolçuun “Milan”la müqaviləsi 2028-ci ilin yayına qədərdir.
İtaliya A seriyasının cari mövsümündə Leau 23 oyuna çıxıb, 5 qol vurub və 5 məhsuldar ötürmə verib.