“Barselona” “Milan”ın vingeri Rafael Leaonu almaqda maraqlıdır.
İdmanxeber.az-ın məlumatına görə, kataloniyalılar 25 yaşlı portuqaliyalının namizədliyinə “Atletik”dən Niko Uilyamsın transferinin uğursuzluğundan sonra keçib. Klub Leaonun agenti Jorge Mendes ilə danışıqlara başlayıb.
Futbolçu 2019-cu ildən “Milan”da çıxış edir. O, komandanın heyətində 211 oyun keçirib, 58 qol vurub və 50 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı futbolçunun bazar dəyərini 90 milyon avro qiymətləndirir.