Dünya futbolu

“Barselona” millinin futbolçusu ilə anlaşdı

“Barselona” “Atletik”in və İspaniya millisinin hücumçusu Niko Uilyamsla razılığa gəlib.

İdmanxeber.az xəbər verir ki, bu barədə jurnalist David Bernabeu Reverter məlumat paylaşıb. O bildirib ki, futbolçunun agenti ilə bir müddətdi davam edən danışıqlar müsbət nəticələnib.

Nikonun müqaviləsində 58 milyon avro təzminat bəndi nəzərdə tutulub.

21 yaşlı futbolçu bu yay Kataloniya klubunun əsas transfer hədəf idi. 2023/24 mövsümündə Uilyams klub səviyyəsində 37 oyun keçirib, 8 qol vurub və 19 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43