21 Fevral 2025
Dünya futbolu

“Barselona” müdafiəçisini satır

“Barselona” müdafiəçisi Andreas Kristenseni sata bilər.

İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik 28 yaşlı futbolçu üçün gələcək təklifləri dəyərləndirəcək.

Kristensen 2022-ci ildə “Çelsi”dən “Barselona”ya keçmişdi. O, İspaniya çempionatının cari mövsümündə cəmi bir oyunda meydana çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43