Kateqoriyasız

“Barselona” – “Napoli” oyunu da azarkeşsiz keçiriləcək

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin “Barselona” – “Napoli” cavab oyunu da boş tribunalar önündə keçiriləcək.

İdmanxeber.az-ın məlumatına görə, koronavirusun yayılmasının qarşısının almaq məqsədi ilə sözügedən görüşün azarkeşsiz keçirilməsinə qərar verilib

Qeyd edək ki, “Barselona” – “Napoli” matçı martın 18-i keçiriləcək. Bu  komandalar arasında ilk oyun 1:1 hesabı ilə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43