28 Fevral 2025
Dünya futbolu

“Barselona” ondan vaz keçdi

“Barselona” Atletik”in yarımmüdafiəçisi Niko Uilyamsı gündəmindən çıxarıb.

İdmanxeber.az-ın məlumatına görə, Kataloniya rəhbərliyi artıq onunla maraqlanmır. 22 yaşlı futbolçu uzun müddət “Barselona”nın transfer siyahısında olsa da, maliyyə problemləri səbəbindən oyunçunun keçidi baş tutmadı.

22 yaşlı vinger bu mövsüm bütün turnirlərdə 32 oyun keçirib, 6 qol vurub və 7 məhsuldar ötürmə edib. Onun “Atletik”lə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna kimidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43