"Barselona" futbolçusu Rafinya ilə müqaviləni yeniləyib.
İdmanxeber.com-un məlumatına görə, Kataloniya klubu futbolçusu ilə müqavilənin müddətini 2020-ci il iyunun 30-a kimi uzadıb.
Gənc oyunçunun yeni təzminat qiymətinin 75 milyon avro olduğu açıqlanıb.
Qeyd edək ki, Rafinya bu mövsüm oynadığı 6 matçda 1 qol vurub.