“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Barselona”nın futbolçusu Pedrini komandasında görmək istəyir.
İdmanxeber.az-ın məlumatına görə, “şəhərlilər” 21 yaşlı futbolçunun transferində israrlıdı. Lakin Kataloniya klubunun istədiyi təzminat “Mançester Siti”ni düşünməyə vadar edir. Belə ki, “Barsa” tərəfi Pedri üçün 80 milyon avro tələb edir.
Tərqflər arasında danışıqlar davam edir və yaxın günlərdə bu məsələyə son nöqtə qoyulacaq.