“Barselona” rəhbərliyi mövsümün sonunda klubun baş məşqçisi Xavini istefaya göndərmək niyyətindədi.
İdmanxeber.az-ın məlumatına görə, klub prezidenti Xuan Laporta məşqçiyə inanmır. O, Xavinin komandanı təkmilləşdirə bilmədiyini düşünür.
Bu səbəbdən də mütəxəssis gələn mövsüm “Barselona”da olmaya bilər.
Komanda La Liqada 82 xal toplayaraq mövsümü 2-ci pillədə başa vurmağı təmin edib.