23 Dekabr 2024
Dünya futbolu

“Barselona” rəhbərinin FİFA və UEFA-dan xahişi var

“Barselona” klubunun prezidenti Xuan Laporta Neqreyra işi ilə bağlı FİFA və UEFA-ya müraciət edəcək.

İdmanxeber.az-ın məlumatına görə, Kataloniya təmsilçisi Hakimlər Komitəsinin sabiq vitse-prezidenti Enrike Neqreyraya 2001-18-ci illərdə rüşvət verməktə ittiham olunur. 

Bu səbəbdən də klub rəhbəri bu iddiaların gərçək olmadığı və qərəzli şəkildə yayıldığını bildirmək üçün FİFA və UEFA-ya müraciət edəcək.

Laporta həmçinin UEFA prezidenti Aleksander Çeferin və FİFA rəhbəri Canni İnfantinodan “Barselona”nın müdafiə etmək üçün icazə vermələrini və yekun qərar olmadan məsələ ilə bağlı ictimaiyyətə danışmamağı xahiş edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43