29 Sentyabr 2024
İdman

“Barselona” “Roma”ya, “Mançester Siti” “Liverpul”a qarşı

Bu gün Çempionlar Liqasının 1/4 finalının cavab oyunlarına start veriləcək.

İdmanxeber.com-un məlumatına görə, ilk oyun günündə iki matç keçiriləcək.

İngiltərənin iki təömsilçisi – “Mançester Siti” “Liverpul”u qəbul edəcək. İlk görüşdə səfərdə rəqibinə gözlənilmədən böyükhesabla uduzan Mançester təmsilçisinin cavab görüşündə hansı nəticəyə imza atacağı maraqla gözlənilir.

“Roma” öz meydanında “Barselona”nı qəbul edəcək. Evdə 4:1 hesablı qələbə qazanan Kataloniya təmsilçisi növbəti mərhələyə adlamağa yaxındır.

10 aprel

22:45. “Roma” – “Barselona”

İlk oyun – 1:4

Baş hakim: Kleman Türpen (Fransa)

22:45. “Mançester Siti” – “Liverpul”

İlk oyun – 0:3

Baş hakim: Antonio Mateo Lahoz (İspaniya)

11 aprel

22:45.”Real” – “Yuventus”

İlk oyun – 3:0

Baş hakim: Maykl Oliver (İngiltərə)

22:45. “Bavariya” – “Sevilya”

İlk oyun – 2:1

Baş hakim: Uilyam Kollum (Şotlandiya)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43