“Barselona” yanvarda heyətinə yeni orta xətt oyunçusu qatmaq istəyir.
İdmanxeber.az-ın məlumatına görə, İspaniya millisinin heyətində zədələnən Qavinin mövsümü bağlamağından sonra bu qərar verilib.
Katalon klubunun baş məşqçisi Xavi Covanni Lo Selsonu oyun stilini bəyənir. Argentinalı yarımmüdafiəçinin qışda “Tottenhem”dən ayrılmaq ehtimalı yüksək dəyərləndirilir.