“Barselona” “Liverpul”un hücumçusu Luiz Suarezi heyətinə qatıb.
İdmanxeber.com-un məlumatına görə, artıq tərəflər arasında 27 yaşlı forvardın keçidiylə bağlı razılıq əldə olunub.
Kataloniya klubunun rəsmi saytı xəbər verir ki, gələn həftə Suares tibbi müayinədən keçəcək və 5 illik müqaviləyə imza atacaq. Anlaşmanın dəyəri 75 milyon funt təşkil edir.