İspaniyanın “Barselona” klubu futbolçusu Samuel Umtitidən bəd xəbər alıb.
İdmanxeber.az-ın məlumatına görə, Fransa millisinin heyətində sıradan çıxan futbolçunun zədəsi ciddidi.
26 yaşlı müdafiəçinin bərpasına azı altı həftə sərf olunacaq.
Buna görə də, fransız futbolçu La Liqada “Valensiya”, “Qranada”, “Vilyarreal”, “Xetafe”, “Sevilya” və “Eybar”, UEFA Çempionlar Liqasında isə “Borussiya” (Dortmund) və “İnter”lə (Milan) oyunları buraxacaq.