“Barselona” Çempionlar Liqasından kənarlaşdırılacağı təqdirdə UEFA-dan 100 milyon avro tələb edə bilər.
İdmanxeber.az-ın məlumatına görə, UEFA hazırda “Neqreyra işi” məsələsini araşdırır. Qurum gələn mövsüm “Barselona”nı Çempionlar Liqasından kənarlaşdırmaq qərarına gəlsə, Kataloniya klubu məhkəməyə müraciət edərək təzminat tələb edəcək.
“Barsa” hər il ÇL-dən 100 milyon avro gəlir əldə etdiyini bildirir. Bu səbəbdən də rəhbərlik məhkəmə vasitəsi ilə UEFA-dan həmin məbləği tələb edəcəyini açıqlayıb.
UEFA İspaniya məhkəməsinin məsələ ilə bağlı qərarından sonra yekun durumu açıqlayacaq.