22 Sentyabr 2024
Dünya futbolu

“Barselona” Xavini erkən göndərə bilər

”Barselona” mövsüm bitməmiş Xaviylə yolları ayıra bilər.

İdmanxeber.az-ın məlumatına görə, Katalon klubu “Napoli”ni keçə bilməsə, “Barselona” rəhbərliyi bu qərarı gözdən keçirəcək. Tərəflər arasında ilk görüş bərabərliklə başa çatıb – 1:1.

”Barselona” hazırda La Liqada lider “Real”dan 8 xal geri qalır.

Xatırladaq ki, Xavi ötən günlərdə mövsümün sonunda “Barselona”dan ayrılacağını açıqlamışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43