08 Sentyabr 2024
Dünya futbolu

“Barselona” Xviça üçün 100 milyon büdcə ayırdı

“Barselona” “Napoli”nin vingeri Xviça Kvaratsxeliya transferi üçün ciddi büdcə ayırıb.

İdmanxeber.az-ın məlumatına görə, kataloniyalılar hücum oyununu gücləndirmək niyyətindədir. Bu səbəbdən də “Barselona” neapollu cinah oyunçusunu transfer etməyi düşünür.

Klub rəhbərliyi futbolçunu 90-100 milyon avroluq büdcə ayırıb.

Bu mövsüm Kvaratsxeliya bütün turnirlərdə 31 oyun keçirib, 6 qol vurub və 5 məhsuldar ötürmə edib.

“Transfermarkt” portalı Xviçanı 80 milyon avro dəyərində qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43