“Barselona”nın prezidenti Xosep Mariya Bartomeu iyulun 1-nə qədər Luis Enrikenin yerini tutacaq yeni mütəxəssisin adını açıqlayacaq.
İdmanxeber.com-un məlumatına görə, bu barədə açıqlama verən klub prezidenti futbolçuların Luis Enrikenin qərarından məyus olduqlarını bildirib:
“Oyunçular baş məşqçinin bu qərarından çox məyusdurlar. Başqa bir tərəfdən isə motivasiyaları yüksəkdir. İyulun 1-nə qədər əllərindən gələni edəcəklər. Enrikeni sona qədər dəstəkləmək lazımdır”.
Xatırladaq ki, dünən Enrike müqavilənin sonunda işini tərk edəcəyini rəsmi şəkildə bəyan etmişdi.