“Barselona” Adriano ilə yollarını ayırır.
İdmanxeber.com-un məlumatına görə, Kataloniya klubu braziliyalı futbolçuya yeni müqavilə təklif etsə də, “yox” cavabı eşidib. “Roma”da oynamaq istəyən Adriano “Barsa”da qalmayacağını bildirib.
30 yaşlı oyunçunun qışda İtaliya klubu ilə müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, Adriano bu mövsüm 3 matçda iştirak edib.