"Barselona" "El Klassiko" öncəsi ciddi itki ilə üzləşib.
İdmanxeber.com-un məlumatına görə, Kataloniya klubunun əsas heyət üzvü İvan Rakitiç zədələnib. BATE ilə ÇL matçında zədələnərək əvəzlənmək məcburiyyətində qalan xorvatiyalı futbolçunun ən azı 1 ay yaşıl meydanlardan kənar qalacağı açıqlanıb.
Bu isə o deməkdir ki, Rakitiç noyabrın 21-i keçiriləcək "El-Klassiko"da oynaya bilməyəcək.