“Barselona”nın “Sevilya” ilə oyununda aparıcı futbolçusu Jordi Alba zədələnərək sıradan çıxıb.
Kataloniya klubunun sol cinah futbolçusu “Sevilya” ilə matçın 14-cü dəqiqəsində zədələnərək yerini Adriyanoya vermişdi.
Həkim müayinəsindən keçən Albanın zədəsinin ciddi olduğu aşkarlanıb və ispaniyalı futbolçu 3 həftə yaşıl meydanlardan kənar qalacaq.
Artıq bu haqda klubun rəsmi saytı da məlumat yayıb.