Kateqoriyasız

“Barselona”da daha bir şok itki

“Barselona” daha bir itki ilə üzləşib.

Kataloniya təmsilçisinin yarımmüdafiəçisi Pedri sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Pedri Çempionlar Liqasının qrup mərhələsinin I turunun “Bavariya” ilə matçında (3:0) zədələnib. İspan futbolçunun son durumu tibbi müayinədən sonra bilinəcək.

“Barselona”da daha əvvəl Jordi Alba zədələnmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43