“Barselona”nın “Atletiko” ilə keçirdiyi matçda zədələnən Rafinya Alkantaranın durumunun ciddi olduğu bildirilib. Klubun rəsmi saytından verilən məlumata görə, futbolçunun dizindən əməliyyat olduğu açıqlanıb.
Rafinyanın 6 ay meydanlaradan uzaq qalacağı da bildirilib.
Futbolçu cari mövsümdə La Liqada 4 qol, ÇL-da isə çıxdığı 2 oyunda 1 qol vurmaq bacarıb.